AZ

Detoks içkilərini nə vaxt içmək lazımdır? - Bu saatda faydası daha çoxdur

Detoks içkilərini nə vaxt içmək lazımdır? -

Detoks içkiləri sağlam həyat tərzini dəstəkləyən populyar içkilərdən biridir. Onları səhər içmək orqanizmin su balansını qorumağa, böyrək daşlarının yaranmasının qarşısını almağa, qan təzyiqini tənzimləməyə və enerjini artırmağa kömək edə bilər. Bu içkilərin tərkibindəki limon və bal təbii alkali xüsusiyyətlərə malikdir və böyrəkləri qoruyur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bədən üçün vacib olan su miqdarını artırmaq üçün detoks içkilərinə nanə və ya kərəviz kimi nəmləndirici maddələr əlavə etmək mümkündür. Bu tərkiblər həzm sistemini dəstəkləyərək orqanizmin su ehtiyacını qarşılayır. Eyni zamanda, əzələlərin güclənməsi üçün kifayət qədər maye qəbul edilməlidir. Susuzluq əzələ zəifliyinə səbəb ola bilər, buna görə səhərlər detoks içkisi içmək əzələ fəaliyyətini dəstəkləyir.

Dəri üçün də detoks içkilərinin faydası var. Yetərli miqdarda maye qəbul etdikdə dəri daha elastik, yumşaq və parlaq olur. Xüsusilə səhər içilən detoks içkiləri bədəni təravətləndirir və dəriyə canlılıq qatır. Bundan əlavə, bəzi detoks içkiləri xolesterolu azalda bilər. "Pis" xolesterolu aşağı salaraq ürək-damar sistemini qoruyur və arteriyaların tıxanmasının qarşısını alır.

Detoks içkiləri gün ərzində istənilən vaxt istehlak edilə bilər, lakin səhər içmək metabolizmi sürətləndirərək gün boyu enerjili qalmağa kömək edə bilər.

Qeyd: Bu içkilər tibbi müalicə kimi qəbul edilməməli və sağlamlıq problemləri olan şəxslər həkim məsləhəti almalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
22
26
e-saglam.az

10Mənbələr