AZ

Moskva və Vaşinqton YENƏ ÜZ-ÜZƏ – Bu dəfə illüziya YOXDUR

2017-ci ildən fərqli olaraq Rusiyanın Trampın Kremllə münasibətləri bərpa edəcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ABŞ prezidenti Putinin şərtləri ilə Ukraynadakı münaqişəyə son qoya bilməsə də, bəziləri hesab edir ki, Vaşinqtonun beynəlxalq normalara məhəl qoymamaq istəyi Moskvanın əlinə keçə bilər.

Nəşrin analitiklərinin fikrincə, səkkiz il əvvəl prezident Tramp ilk səlahiyyət müddətinə başlayanda Rusiya dövlət mediası yeni Amerika liderini “alfa kişi” adlandırdı və Moskvada inauqurasiya mərasimlərində onun şərəfinə qədəh qaldırıldı:

“Moskvadakı eyforiyanı başa düşmək asan idi. 2016-cı il seçki kampaniyası zamanı Tramp Rusiyaya qarşı iqtisadi sanksiyaları ləğv etməyi və hətta Kremlin Krımı Ukraynadan ilhaqını tanımaq məsələsini “nəzərə alacağını” vəd etmişdi. Ancaq Moskvanın Trampın Vaşinqtonda Kremlin adamına çevriləcəyinə olan ümidləri Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədikdən və Ukraynaya silah göndərən ilk ABŞ prezidenti olduqdan sonra tez puç oldu”.

KİV əlavə edib ki, Tramp Ukraynaya ilk kəşfiyyat dəstəyini verdi və Qara dənizdə ABŞ kəşfiyyat təyyarələrinin uçuşunun əsasını qoydu:

“Tramp ilk dəfə Ukraynaya “Javelin”ləri tədarük etdi. Bundan başqa, Tramp Polşada Ukrayna və NATO şurasının əsasını qoydu. Bütün bunlar Rusiya üçün gözlənilməz idi və Tramp Rusiya istiqamətində Henri Kissincerin strategiyasını həyata keçirə bilmədi. Lakin Moskva bu dəfə ikinci Tramp dövrünə daha çox hazırdır və onunla bağlı heç bir illüziyası yoxdur”.

Rafi Müslümov

Seçilən
7
yenicag.az

1Mənbələr