AZ

Donald Tramp “Dəmir günbəz” raketdən müdafiə sisteminin yaradılmasıilə bağlı sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp “Dəmir günbəz” raketdən müdafiə sisteminin inkişafı ilə bağlı sərəncam imzalayıb.

O, Pentaqonun rəhbəri Pit Heqsetə 60 gün ərzində yeni raketdən müdafiə sistemi üçün dizayn və yerləşdirmə planını təqdim etməyi tapşırıb.

Tramp hesab edir ki, son 40 ildə ballistik, hipersəs və qanadlı raketlər də daxil olmaqla yeni nəsil strateji silahların təhlükəsi artıb. “Güc vasitəsilə sülhü təşviq etmək” üçün Birləşmiş Ştatlar “yeni nəsil raketdən müdafiə qalxanını yerləşdirmək və saxlamaqla” öz vətəndaşlarının müdafiəsini təmin etməlidir. O, vurğulayıb ki, bu da kritik infrastrukturun hər hansı xarici hücumdan qorunmasını təmin etməlidir. Fərmana əsasən, raketdən müdafiə sisteminə aşağıdakılar daxil edilməlidir:
ballistik, hipersəs, təkmil qanadlı raketlər və digər yeni nəsil hava hücumlarına qarşı müdafiə;
kosmik izləmə sensorlarının bir təbəqəsinin yerləşdirilməsi;
qırıcıların mühafizəsinin hazırlanması və yerləşdirilməsi;
atışdan əvvəl və onların sürətləndirilməsi zamanı raket hücumlarını dəf etmək imkanı;
bütün zəruri komponentlər üçün təhlükəsiz təchizat zəncirinin təmin edilməsi.
Qeyd edək ki, Donald Tramp ötən həftə ABŞ-da “Dəmir Qübbə” raketdən müdafiə sisteminin yaradıldığını açıqlamışdı. O, sistemin tamamilə Amerika istehsalı olacağını vəd edib və müdafiə inkişafını onun əsas prioritetlərindən biri adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr