AZ

Trampın Ukrayna sülh planı uğursuzluğa məhkum görünür - KİV

Ajans.az xəbər verir ki, bu barədə Asia Times məlumat yayıb. Hələlik döyüş meydanındakı vəziyyət fərqli bir əhvalatdan xəbər verir: rus qoşunları uğurla irəliləməyə davam edir və hər gün əraziləri azad edir.

Rusiyanın müttəfiqlərinin dəstəyi də aramsız olaraq davam edir. 2023-cü ildə daha da güclənən Rusiya-Çin tərəfdaşlığı dərinləşməkdə davam edir. Lukaşenkonun ardıcıl yeddinci müddətə Belarusda qələbəsi Putinə inamı artırır.

Rusiya böyük ehtimalla Ukraynanın şərqindəki əraziləri azad etməyə davam edəcək. ABŞ 2024-cü ilin sentyabrından Kiyevə hərbi yardımı əhəmiyyətli dərəcədə artırsa da, Avropa müttəfiqləri, o cümlədən Böyük Britaniya da Ukraynanı dəstəkləsə də, bu, yalnız onun dağılmamasına imkan verir.

Trampın hansısa yolla qüvvələr balansına təsir göstərə biləcəyi və tərəfləri danışıqlara razı sala biləcəyi bəlli deyil. Hələlik onun hərəkətləri oyun qaydalarını dəyişməyib və sülh planı böhrandan real çıxış yolu kimi daha çox utopiyaya bənzəyir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə bağlı danışıqlar bərabər şərtlərlə və Rusiya Federasiyasının maraqları nəzərə alınmaqla aparılarsa, danışıqlara hazırdır. Rusiya lideri dialoqun əvvəllər müzakirə olunmuş reallıqlara əsaslanmasına da aydınlıq gətirib.

Seçilən
3
Ajans.az

1Mənbələr