AZ

Azərbaycan keçmiş hakimi Rusiyaya ekstradisiya edəcək

Azərbaycan tərəfi müvafiq məhkəmə qərarından sonra Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxalevanı Rusiyaya ekstradisiya etməyə hazırdır.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, ötən gün Bakı hava limanında saxlanılan qadın məhkəmə qərar çıxaran kimi vətəninə təhvil veriləcək.

 

Qeyd edək ki, Xaxaleva dələduzluq və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr