Tramp Orbanı Rusiya ilə bağlı mövqeyindən döndərib
ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını bloklamaqla bağlı fikrini dəyişib.
Reyting.az xəbər verir ki, bunu Polşanın Xarici işlər naziri Radoslav Sikorski deyib.
Onun sözlərinə görə, Macarıstanın vetonunu ləğv etmək qərarı Trampın Rusiya lideri Vladimir Putini təcavüzkar adlandıran və Moskvanın sülh danışıqları aparmaq istəmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalarla hədələyən bəyanatından qaynaqlanır.
Sikorski əlavə edib ki, bu, Trampın məsələ ilə bağlı ilk aydın mövqeyidir və Macarıstanın fikrini dəyişməsinə səbəb olub.
Xatırladaq ki, Tramp ötən həftə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığın yaxın gələcəkdə əldə olunmayacağı təqdirdə ABŞ-nın Rusiyaya qarşı yüksək vergilər, tariflər və sanksiyalar tətbiq edəcəyini bildirib.
E. KAMAL