AZ

“Qərbi Azərbaycanın Gənc Səfirləri”nin Həsən Həsənovla görüşü keçirildi



Yanvar 27–də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri”nin növbəti görüşü keçirilib.
Gənc səfirlər bu dəfə Azərbaycan Respublikasının ilk Baş naziri, Fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru, professor Həsən Həsənovla bir araya gəlib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarına Həsən Həsənovun diplomatik və elmi fəaliyyəti haqda geniş məlumat verib.


Daha sonra Həsən Həsənov “Atropatena dövlətinin yaranması və tarixi sərhədləri" mövzusunda mühazirə ilə çıxış edib. O, mühazirəsində Atropatena dövlətinin qədim tarixi barədə geniş danışaraq, bu dövlətin Azərbaycanın qədim mədəniyyətindəki rolunu vurğulayıb, Qərbi Azərbaycanla bağlılığından bəhs edib. H.Həsənov həmçinin Atropatenanın siyasi təsir sahələrini təhlil edərək, bu irsin günümüzdəki əhəmiyyətini diqqətə çatdırıb.
Həsən Həsənovla görüş gənclərin böyük marağına səbəb olub və auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.




Seçilən
19
aia.az

1Mənbələr