Uğursuzluqlar zolağında boğulan “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın sükanı arxasında tərəddüdlər içindədir.
Arena.az “Sky Sport” dərgisinə istinadən məlumat verir ki, yunanəsilli avstraliyalı mütəxəssis “mahmızlar”ın baş məşqçisi olaraq qalmağının əhəmiyyəti barədə “Şekspir yanaşması” ilə bədii sual qoyub:
“Mənim, öz işimi davam etdirməyimə dəyərmi? Kim bilir? Çoxları “yox” deyəcəklər. Bir futbol klubunun məşqçisi olduqda, özünü həssas və təcrid edilmiş hiss edə bilərsən, mən bunu hiss etmirəm. Oyunçularım bütün güc-qüvvələrini ortaya qoyurlar. Mən buna diqqət edirəm və oyunçularıma dəstək olmağa çalışıram”, deyə Postekoqlu vurğulayıb.
Xatırladaq ki, oyun böhranında boğulan “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlində xeyli geriləyib. 23 oyundan 24 xalla “mahmızlar” yarış cədəvlinin 15-ci pilləsində qərarlaşıblar. Mövsümöncəsi UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni hədəfləmiş London klubu indi, nəinki avrokuboklardan kənar olmaq, hətta Premyer Liqada qalmaq uğrunda mübarizə gerçəyi ilə üz-üzədir.