AZ

Azərbaycan mətbəxinə aid neçə çeşid yemək var? - Tahir Əmiraslanov CAVAB VERDİ

Zaman-zaman sosial mediada paylaşılan və Azərbaycan milli mətbəxinə aid olduğu iddia edilən yeməklər ictimaiyyətdə ciddi müzakirə olunur. Bəs əksəriyyətimiz tərəfindən bilinməyən bu cür yeməklər həqiqətən də milli mətbəximizə aiddir?

Modern.az mövzu ilə bağlı kulinar Tahir Əmiraslanovla həmsöhbət olub. O qeyd edib ki, Azərbaycan milli mətbəxinə aid 5000 çeşid yemək var.

“Onlardan 2500-nü reseptləri ilə birlikdə kitab halına salmışam. İmkan olsa, büdcə ayrılsa, hələ 2500 xörəyin də  resepti, hazırlanma qaydası ilə bağlı kitab yazacam. Azərbaycan milli mətbəxi çox zəngindir, amma bu zənginliyi öldürürlər. Bunu hər biriniz edirsiniz. İlk növbədə də restoranlar. Restoranlarda sadəcə 30 çeşid yemək var. Siz hamınız da elə 30 çeşid yeməklə tanışsınız. Bu gedişlə milli mətbəximizdə elə bu qədər yemək qalacaq”.

Tahir Əmiraslanov onu da qeyd edib ki, Azərbaycan mətbəxində ən zəngin yeməklərdən biri dolmadır ki, onun bizə məlum 381 növü var.

Mənim “Azərbaycan mətbəxində dolmalar” adlı kitabım 2023-cü ildə dünyada son 25 ildə nəşr edilmiş ən yaxşı kulinariya kitabı seçildi. Burada milli mətbəximizdəki dolmalara aid 381 resept toplanmışdı, hələ sonra 40-nı da tapdıq. Ona görə də bu gün sizin hansısa ressepti bilməməyiniz normaldır. Amma hər mənbəyə də inanmamaq lazımdır”.   

Seçilən
9
1
modern.az

2Mənbələr