İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşə bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Bildirilib ki, səfərin planlaşdırılması hələ tamamlanmayıb, vaxtı isə rəsmi olaraq seçilməyib.
Məlumata görə, Netanyahunun mətbuat katibi səfər üçün rəsmi dəvətin hələ alınmadığını qeyd edib.
Daşqın HəsənovMissiya.Az