"Real"ın vingeri Vinisius Junior Səudiyyə Ərəbistanından səxavətli təklif alıb.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu braziliyalıya 5 illik müqavilə təklif edib. Bu müddət ərzində o, 1 milyard avro qazanacaq.
Qeyd olunur ki, Səudiyyə klubu futbolçunun transferi üçün Madrid klubuna 300 milyon avro təklif etmək istəyir. "Real" isə Vinisiusu müqaviləsində yer alan 1 milyard avroluq təzminat məbləğindən aşağı qiymətə satmaq istəmir. Lakin futbolçunun özü "Real"la müqavilənin uzadılması ilə bağlı danışıqlar zamanı klubdan ayrılmaq istəyini ifadə edərsə, klub rəhbərliyi bu təkliflə razılaşacaq.