AZ

Paşinyanın "soyqırımdan" imtina etməsi, kilsənin ona qarşı hücumlarını intensivləşdirəcək

Ermənistan Baş naziri Nikol Paşinyan "erməni soyqırım" iddialarından geri çəkilir. İsveçrədə diaspor nümayəndələrinin qarşısında belə bir çıxış etməsi, N. Paşinyanın bu məsələdə kardinal dəyişikliklər etməsinin anonsudur. "Soyqırımdan imtina etmək, kilsənin N. Paşinyana qarşı hücumlarına rəvac verə bilər.

Hətta diasporun bəzi təşkilatları və kilsə N. Paşinyana sui-qəsd edə bilməsi də mümkündür. Uzun illərdi ki, erməni diasporu və kilsə qondarma soyqırım ideologiyasi ətrafinda birləşib. N. Paşinyan "soyqırım" iddialarıni SSRİ kluarlarinda Türkiyənin NATO üzv olduğu üçün təzyiq vasitəsi kimi yaradıldığını qeyd etdi. Bununla "soyqırım" iddialarınin ermənilər deyil, SSRİ rəhbərliyinin planı olduğunu mesajını vermiş oldu.

Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir. Məhz Ankaranın şərti ilə N. Paşinyan qondarma soyqırım siyasətindən imtina edir. "Soyqırım"dan imtina etmək üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmədi. Həmçinin Ermənistan konstitusiyasında Türkiyə qarşı ərazi və "soyqırım" bəndələrini, dövlət gerbidən Ağrı dağı simvolunu çıxaracaq. N. Paşinyanın "soyqırım" iddialarından geri çəkilməsi 100 illik erməni ideologiyasına böyük zərbədir. Ankara və Yerevan arasında konfidensial danışıqlar Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Türkiyə prosesi rəsmi Bakı ilə kordinasiya şəkilində davam etdirir. Ankara Qarabağ problemi yoxdur, Ermənistan iddialardan geri çəkilir mesajını verməklə, sülhü tezləşdirmək istəyir.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Seçilən
3
visiontv.az

1Mənbələr