"Əl-Hilal" klubu braziliyalı hücumçu Neymarla yollarını ayırıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Daha əvvəl Neymarın 2013-cü ilə qədər oynadığı "Santos"da karyerasını davam etdirə biləcəyi, daha sonra isə "Barselona"ya keçdiyi bildirilirdi.
Bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün yarışlarda iki oyun keçirsə də, qol vura bilməyib.