“Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aprel-may aylarında baş tutacaq”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarovun "Arquments and Facts"a müsahibəsində məlumat verib.
“Biz aprel-may aylarında ABŞ və Rusiya arasında danışıqlar üçün məhsuldar formata nail ola bilərik. Bütün bu müddət ərzində onlar təmasda olacaq, tərəflərin imkanlarını yoxlayacaq, hansı kompromislərin ola biləcəyini öyrənəcəklər”, - deyə siyasətçi vurğulayıb.
O qeyd edib ki, bu vaxta qədər Rusiya qoşunları artıq Ukrayna Silahlı Qüvvələrini Kursk vilayəti ərazisindən vurub çıxara, Xarkov və Sumı vilayətləri ərazisinin bir hissəsini isə işğal edə bilər.
Daşqın HəsənovMissiya.Az