AZ

İsrail ordusu Qəzzada atəşkəs rejimini pozduğunu bildirdi

 

  İsrail ordusu Qəzza zolağında öz qüvvələrinə təhlükə yaratdığı iddiası ilə fələstinlilərə atəş açaraq “Həmas” ilə əldə olunan atəşkəs razılaşmasını pozduğunu qəbul edib. Ordunun yaydığı yazılı açıqlamada “Son 24 saat ərzində Qəzza zolağında təhlükəsizlik qüvvələrimiz üçün təhdid yaradan şübhəlilərə qarşı intensiv əməliyyatlar həyata keçirilmişdir” ifadələrinə yer verilib. Açıqlamada ərazinin müxtəlif bölgələrində “şübhəlilərin” İsrail qüvvələrinə doğru hərəkət edərək təhdid yaratdığı və çoxsaylı hadisənin baş verdiyi iddia edilərək əsgərlərin bu şəxslərə qarşı atəş açdığı bildirilib. 

  İsrail ordusunun dünən axşam saatlarında Qəzza zolağında atəşkəsi pozaraq at arabasını hədəfə aldığı hücumda bir qız uşağının həyatını itirdiyi, 3 mülki şəxsin yaralandığı qeyd olunub. 

  İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü ildən atəşkəsin qüvvəyə mindiyi 19 yanvar 2025 tarixinə qədər həyata keçirdiyi hücumlarda təxminən 17 min 841-i uşaq, 12 min 298-i qadın olmaqla 47 min 283 fələstinli öldürülüb, 111 min 472 adam yaralanıb. Hələ də dağıntılar altında minlərlə meyitin olduğu bildirilərkən xalqın sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəfə alınması ilə mülki infrastruktur da dağıdılıb.

  Qeyd edək ki, “Həmas” ilə İsrail arasında əldə edilən Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması 19 yanvar bazar günü Türkiyə vaxtı ilə 12:15-də qüvvəyə minib. 



Seçilən
7
trt.net.tr

1Mənbələr