Rusiyanın Xalq artisti Alla Puqaçova və onun həyat yoldaşı, məşhur şoumen Maksim Qalkin, Kiprdəki dəbdəbəli evlərini tərk etməyi planlaşdırır.
NTV-nin verdiyi məlumata görə, 75 yaşlı müğənninin səhhətində yaranan problemlər bu qərarın əsas səbəbidir. Kiprin isti iqliminin Puqaçovanın sağlamlığına mənfi təsir etdiyi bildirilib. Puqaçova artıq Böyük Britaniyaya köçməyi planlaşdırır və bu dəyişiklikdən sonra yeni yaşayış yerini "sonuncu" olaraq görür.
Xatırladaq ki, 2022-ci ildə Alla Puqaçova və Maksim Qalkin, Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bundan sonra onları Latviya və Kipr kimi ölkələrdə də görmüşdülər, burada əmlaklara sahib olduqları məlum idi.
Bu xəbərlə Alla Puqaçova və Maksim Qalkin bir daha mətbuatın diqqət mərkəzinə düşüb. Sənətkarın səhhətindəki vəziyyət və köç qərarı pərəstişkarlarını narahat edir.