“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo sevgilisi Corcina Rodrigesi doğum günü münasibətilə təbrik edib.
Arena.az məlumat verir ki, “Kriş” özünün sosial şəbəkə hesabları üzərindən Corcina ilə birlikdə şəkini paylaşaraq, ürək emodzisi ilə tamamladığı səmimi duyğularını ifadə edib:
“Ana, ortaq, dost, mənim arvadım… Doğum günün mübarək, sevgilim. Sənin nurun bizi rövnəqləndirir, sənin məhəbbətin isə bizi şövqləndirib yaşadır”, – Kristiano paylaşıb.
Bu təbrikdə əlamətdar məqam Kristianonun Corcinaya arvadım, deyə müraciət etməsidir. Ronaldo bir neçə dəfə təsadüf istisna olmaqla, Corcina barəsənidə heç vaxt “arvadım” kəlməsini ictimaiyyət qarşısında işlətməyib. Ehimal edilirdi ki, uzun illər birlikdə olan cütlük şəxsi münasibətlərini məxfi surətdə nikahla rəsmiləşdirib. Ümumiyyətlə Kristiano Ronaldo ailəsi və həyat yoldaşı haqda məlumatları yeddi qapı arxasında qoruyur.