Bu gün Rusiya prezidenti Vladimir Putin pilotsuz aviasiyanın inkişafı ilə bağlı iclas keçirəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu gün prezidentin gündəliyinə pilotsuz aviasiyanın inkişafı ilə bağlı müşavirə daxildir. Bu, kifayət qədər böyük, mənalı görüş olacaq" - deyə, Peskov qeyd edib.
Eyni zamanda, Peskov tədbirin açıq hissəsində Putinin açılış nitqinin olacağına aydınlıq gətirib.
Daha əvvəl bildirilib ki, Putin ölkənin sənayedə texnoloji liderliyə nail olması üçün hökumətə pilotsuz aviasiyanın inkişafını sürətləndirməyi tapşırıb.