AZ

Nazirlik əməkdaşı ev dustağı oldu

Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Paralel.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.

A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırılıb.

Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir. 

Seçilən
4
17
paralel.az

10Mənbələr