2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 547,9 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33,4 % azdır.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il dövlət büdcəsinə sair daxilolmalar isə 1 milyard 21,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.