AZ

Azərbaycanla MDB ölkələri arasında idxal və ixracın həcmi açıqlanıb - CƏDVƏL

Ötən il ərzində Azərbaycandan MDB ölkələrinə 1 milyard 698 milyon 415 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixracda ən böyük yeri ümumi ixracın 4,44%-i ilə Rusiya tutub. Rusiyaya ixrac olunan məhsulların ümumi dəyəri 1 milyard 178 milyon 347 min ABŞ dolları təşkil edib.

İxracda ikinci yerdə 177 milyon 242 min dollar həcmi ilə Ukrayna (0,67%), üçüncü yeri isə 133 milyon 116 min dollar ixrac həcmi ilə Qazaxıstan (0,5%) tutub.

MDB ölkələri üzrə ixrac göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

MDB ölkələri

Məbləğ (min dollar)

Ümumi ixraca nisbətən %-lə

Belarus

48 486.74

0.18

Qazaxıstan

133 116.61

0.50

Qırğızıstan

29 663.15

0.11

Moldova

5 122.16

0.02

Özbəkistan

40 340.75

0.15

Rusiya

1 178 347.44

4.44

Tacikistan

5 853.95

0.02

Türkmənistan

80 242.54

0.30

Ukrayna

177 242.23

0.67

Bəhs olunan dövrdə Azərbaycanda MDB ölkələrindən idxalın ümumi həcmi 5 milyard 230 milyon 668 min ABŞ dolları olub.

İdxal olunan məhsulların böyük bir qismi – 3 milyard 621 milyon 472 min dollarlıq məhsul Rusiyadan alınıb ki, bu da, ümumi idxalın 17,22%-ini təşkil edib.

Ən ax məhsul idxalı Tacikistandan olub. Belə ki, ölkədən idxal olunan məhsulların dəyəri 1 milyon 240 min dollar təşkil edib.

MDB ölkələri üzrə idxal göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

MDB ölkələri

Məbləğ (min dollar)

Ümumi ixraca nisbətən %-lə

Belarus

457 685.18

2.17

Qazaxıstan

337 326.38

1.60

Moldova

4 978.29

0.02

Qırğızıstan

10 401.01

0.05

Özbəkistan

211 716.71

1.01

Rusiya

3 621 472.23

17.20

Tacikistan

1 240.15

0.01

Türkmənistan

303 471.31

1.44

Ukrayna

282 377.70

1.34

Əvəz Həsənov

Seçilən
5
24
valyuta.az

10Mənbələr