AZ

Dövlət büdcəsinin xərcləri 2 milyard manat azaldılıb - Rəsmi

2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnozda nəzərdə tutulandan 2,023 milyard manat az icra edilib. 

 

Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə dövlət büdcəsindən 39 milyard 742 milyon xərclənməsi nəzərdə tutulurdu. Amma ilin yekununda xərclər 2 milyard manat və 5,1 faiz azalaraq 37,72 milyard manat olub. 

 

2024-cü il dövlət büdcəsi xərclərinin 21,8 milyard manatı və ya 57,8 faizi cari xərclərə, 14,6 milyard manatı əsaslı xərclərə, 1,3 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

 

Proqnozla müqayisə xərclərdə daha çox azalma ümumi dövlət xidmətlərində, müdafiə və milli təhlükəsizlikdə, iqtisadi fəaliyyət, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, sosial müdafiə və sosial təminat xərclərində müşahidə edilib. Ümumi dövlət xidməti xərcləri 413 milyon manat azalaraq 4,115 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri 355 milyon manat azalaraq 6,63 milyard manata endirilib. 

 

Vasif

Seçilən
9
sfera.az

1Mənbələr