Hindistanın xarici işlər naziri Vikram Misri Pekində Çinin xarici işlər nazirinin müavini Sun Weidong ilə görüşüb. Tərəflər iki ölkə arasında təxminən 5 il əvvəl dayandırılan birbaşa uçuşların bərpası barədə razılığa gəliblər. Tərəflər görüş zamanı iqtisadi və ticari əlaqələri də müzakirə ediblər və ikitərəfli münasibətlərin uzunmüddətli perspektivdə inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Hindistan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə keçirilən görüşdə qarşılıqlı etimadın yenidən qurulmasının vacibliyi vurğulanıb. Görüş zamanı birbaşa uçuşlara başlamaqla yanaşı, iqtisadi və kommersiya əlaqələrinin inkişaf etdirilməsi də razılaşdırılıb.
Hindistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Hindistan və Çin rəsmiləri uçuşların təşkili üçün tezliklə görüşəcəklər. Yeni dövrdə hindistanlı zəvvarlara Çinin Tibet Muxtar Bölgəsi sərhədləri daxilindəki Kailaş Mansarovar bölgəsinə də dini səfərlər etməyə icazə veriləcək.