AZ

Etirazlar fonunda baş nazir postundan gedir

Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, Vuçeviçin istefası Belqradda və Serbiyanın digər şəhərlərində üç aydır davam edən etirazlar fonunda baş verir. 

Serbiyada etirazlar ötən ilin noyabr ayında Novi Sadda dəmiryol vağzalında tavanın uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb. (Unikal)


Telegram kanalımız
Seçilən
13
8
yenisabah.az

10Mənbələr