AZ

Qızıl və gümüşün qiyməti artmağa davam edəcək

2025-ci ildə qızılın unsiyasının3 min ABŞ dollarını, gümüşün unsiyasının isə 40 dolları ötəcəyi proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Troy Qiymətli Metallar Ticarət açıq səhmdar cəmiyyətinin "2025-ci il üçün qiymətli metallar gözləntiləri" adlı hesabatında qeyd edilib.

Sənədə görə, ötən ili rekord səviyyələrdə başa vuran qızılın qiymətlərinin bu il də artımını davam etdirəcəyi gözlənilir.

Geosiyasi risklər, mümkün ticarət müharibələri, mərkəzi bankların artan tələbi, eləcə də faiz dərəcələrinin azalması nəticəsində 2025-ci ildə qızılın bir unsiyasının 3 min ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Gümüşün qiymətinə gəlincə, sənaye tələbinin təsiri ilə artacağı ehtimal edilir.

Hesabatda ötən il olduğu kimi, bu il də qızıl və gümüş başda olmaqla, platin və palladium kimi qiymətli metallar üçün "buğa bazarı"nın hökm sürəcəyi vurğulanıb və 2025-ci ilin müsbət bir il olacağı gözləntisi ifadə edilib.


Müəllif: Mirvari Əzizova
Seçilən
1
teleqraf.com

1Mənbələr