2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 828,5 milyon manat vəsait ayrılıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bu, 2023-cü illə müqayisədə 13,6% azdır.
İl ərzində dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş 4 855,8 milyon manat vəsaitin 99,4%-ni sifarişçi təşkilatlar istifadə edib. O cümlədən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 98,5 %-i və yaxud 2 771,1 milyon manatı istifadə olunub.