AZ

Bələdiyyə seçkilərində 70625 yerli müşahidəçi olacaq

"Seçkilərin keçirilməsində məsuliyyəti olan dövlət qurumlarını maarifləndirmə tədbirlərinə cəlb edirik”

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, bu praktika özünü doğruldub: “Beynəlxalq təşkilatlar da buna yüksək qiymət verib. Səsvermə prosesində pozuntuların olmaması üçün həmin qurumların çox böyük rolu var. Məsul olan tərəflər ancaq Məcəllənin tələbinə uyğun öz fəaliyyətini qurmalıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsində atılacaq addımların ideala yaxın səviyyəsindəyik. Seçkilərin demokratik, şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin iştirakı və media nümayəndələrinə verilən sərbəstlik ilə ölçülür. Hər iki şərt Azərbaycanda təmin edilir. İstənilən 18 yaşı tamam olan şəxs müraciət edəndə rədd cavabı almadan müşahidə apara bilər. Məhz bu seçkilərdə 70625 nəfər yerli müşahidəçi olacaq.

Seçilən
9
1
apa.az

10Mənbələr