AZ

Dmitri Kramarenko gimnast qızının durumunu açıqlayıb

“Həkimin strategiyası diz oynağının saxlanılmasından ibarət idi ki, o, karyerasını davam etdirə bilsin”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko deyib.

Hazırda Rusiya MOİK-ində qapıçılar üzrə məşqçi kimi çalışan mütəxəssis əməliyyatdan sonra bərpa prosesi keçən qızı gimnast Lala Kramarenkonun durumuna aydınlıq gətirib: “O, indi problemsiz gəzir, üzür, ustad dərsləri göstərir. Amma ayağın yüklənməsi məhdudlaşdırılıb. Bu planda da hər şey normaldır. O, reabilitasiya keçdiyi İsraildəki həkimlərlə məsləhətləşib. Biz onun dizinə iki aylıq tam istirahət verdik ki, tam sağalsın. Bundan sonra tam aydınlıq gələcək ki, Lalanın karyerasını yüksək səviyyədə davam etdirib-etdirməyəcəyini nə vaxt söyləmək olar”.

Qeyd edək ki, 2021-ci ildə Avropa, 2019-cu ildə yeniyetmələr arasında dünya, 2018-ci ildə yeniyetmələr arasında Avropa çempionu olan Lala 2024-cü Rusiya çempionatında 5 qızıl medal qazanıb. O, ötən ilin iyulunda əməliyyat olunub. Rusiya yığmasının baş məşqçisi İrina Viner iddia edir ki, onun zədəli deyil, sağlam meniskini çıxarıblar.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr