AZ

Rusiya qılıncoynadanları beynəlxalq federasiyanın bayrağı altında yarışlarda iştirak etmək istəyirlər

Rusiya qılıncoynadanları beynəlxalq federasiyanın bayrağı altında yarışlarda iştirak etmək istəyirlər.

Rusiya Qılıncoynatma Federasiyasi bütün rusiyalı qılıncoynadanların beynəlxalq federasiyanın bayrağı altında yarışlara buraxılmasını tələb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının rəhbəri İlqar Məmmədov məlumat verib.

"Rusiya milli komandası artıq üç ildir ki, beynəlxalq sanksiyalar səbəbindən mövcud deyil. Hazırda çıxış edənlər ən güclü idmançılar deyil və onlar neytral statusda iştirak edirlər. Biz beynəlxalq fəaliyyətlərdən uzaqlaşdırılmışıq. Ümid edirik ki, hansısa dəyişikliklər baş verəcək.

Dekabr ayında biz məktub göndərmişik ki, neytral status bizdən götürülsün. Bizə cüdoçular və güləşçilər kimi beynəlxalq federasiyanın bayrağı altında çıxış etməyə icazə verilsin".

Seçilən
2
operativmedia.az

1Mənbələr