Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə kino tənqidçiləri və kinoşünasların görüşü olub.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan kinoşünaslığının hazırkı vəziyyəti, problemləri və perspektivləri müzakirə olunub.
Görüşdə kino tənqidinin rolunu genişləndirmək, kinomuzun nəzəri bazasını gücləndirmək məqsədilə bir sıra addımların həyata keçirilməsi məqsədəuyğun sayılıb.