2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 388,0 milyon manat proqnoza qarşı 37 164,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1 927,8 milyon manat çoxdur.
Maliyyə Nazirliyinin hesabatına əsasən, 2024-cü ildə icmal büdcənin gəlirləri 47 947,0 milyon manat, xərcləri isə 42 866,2 milyon manat icra olunub. İcmal büdcədə 5 080,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.