AZ

İki ay əvvəl Bakıya gələn baş məşqçi qovuldu

Fransa Liqa 1-də baş məşqçi istefası reallaşıb. 

Fanat.Az xəbər verir ki, “Olimpik Lion” rəhbərliyi Pyer Sajla yollarını ayırıb. 

Rəhbərlik uğursuz nəticələrə görə bu qərarı qəbul edib. Sözügedən komanda son turda "Nant"a qalib gələ bilməyib (1:1). Son 3 turda xal itirən lionlular 6-cı pilləyə yuvarlanıb. Komanda liderdən 17 xal geri qalır.

Fransızlar vakant posta Paulu Fonsekanı gətirmək niyyətindədi. “Milan”ın sabiq çalışdırıcısı ilə danışıqlara start verilib.

Qeyd edək ki, Pyer Saj 2023-cü ildən “Olimpik Lion”u çalışdırırdı. O, cari Avropa Liqası çərçivəsində noyabrda "Qarabağ"la qarşılaşan "Olimpik Lion"la Bakıda olub. 

Seçilən
1
fanat.az

1Mənbələr