Türkiyənin Hatay vilayətinin Antakya rayonunda fevralın 6-da baş verən zəlzələ zamanı evləri dağılan və konteyner şəhərciyində yaşamağa başlayan ailə yanğın hadisəsi ilə sarsılıb.
Bu Barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Güzelburç məhəlləsindəki konteyner şəhərciyində baş verən yanğın nəticəsində ailənin yaşadığı konteyner yararsız hala düşüb.
Ailə zəlzələdən sonra ikinci dəfə evsiz qalıb.
Mənbə: oxu.az