“Lockheed Martin” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) F-22 “Raptor” qırıcılarını yeni nəsil infraqırmızı müdafiə sensor sistemi ilə təchiz edəcək.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və ABŞ HHQ arasında 270 milyon dollar dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, F-22 qırıcıları tezliklə infraqırmızı müdafiə sistemi (IRDS) kimi tanınan “Lockheed Martin” istehsalı “TacIRST” sensor dəstinə sahib olacaq.
Qeyd edilib ki, bu dəstin sayəsində ABŞ HHQ-yə məxsus F-22-lərin sağ qalma və zərbə qabiliyyətləri əhəmiyyətli dərəcədə artırılacaq.