1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Donald Trampın digər ölkələrə xarici yardımı dayandırmaq əmri Suriyadakı kürd silahlı birləşmələrinin maliyyələşdirilməsinin dayandırılmasına və onların xərclərinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiyə" nəşri bölgədəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, söhbət Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriyadakı qolu olan "Xalq Müdafiə Qüvvələri"ndən (YPG) gedir.
Nəşrin yazdığına görə, D.Trampın xarici yardım proqramına yenidən baxılması qərarı PKK və YPG-nin maliyyə resurslarını zəiflədib, onların nəqliyyat və qida xərclərini məhdudlaşdırıb, təşkilata vəsaitlərin çatması risk altına düşüb.