Gürcüstan MSK-nın sədri və üzvlərinə xidməti silah daşımaq hüququ verilə bilər.
“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu qanunvericilik təşəbbüsü ilə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından bir qrup deputat çıxış edib.