AZ

Macarıstan və Böyük Britaniya XİN başçıları strateji əməkdaşlığı müzakirə ediblər

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Devid Lemmi ilə görüşüb.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

Siyartonun sözlərinə görə, danışıqların mövzusu strateji əməkdaşlıqla bağlıdır.

"Britaniyalılar Avropa İttifaqını tərk edəndə çox təəssüflənmişdik, çünki onlarla birlikdə ağıllı insanların böyük hissəsi Brüsseli tərk etdi. Bu addımla Aİ xeyli zəiflədi. Buna görə də biz Böyük Britaniya ilə sıx strateji əməkdaşlığa can atırıq", - o qeyd edib.

Seçilən
4
report.az

1Mənbələr