AZ

Peskovdan Putinə qarşı sui-qəsd iddiasına REAKSİYA

Kremldən amerikalı jurnalist Taker Karlsonun iddialarına reaksiya gəlib.

 

Sfera.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bayden administrasiyasının Putini öldürməyə cəhd etməsi iddiası ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

“Rusiya xüsusi xidmət orqanları dövlət himayəsində olan şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir”,  - Kreml nümayəndəsi vurğulayıb.

 

Xatırladaq ki, Taker Karlsonun fikrincə, Putinə sui-qəsd planları keçmiş ABŞ Prezidenti Co Baydenin administrasiyası tərəfindən hazırlanıb. Onun sözlərinə görə, ABŞ-nin keçmiş Dövlət katibi Antoni Blinken vəzifədə olduğu son iki ayda ABŞ və Rusiya arasında həqiqi müharibə yaratmaq üçün çox səy göstərib.

 

Günay 
 

Seçilən
6
23
sfera.az

10Mənbələr