AZ

Kapitan: “Ordu” “Şəki”yə məğlubiyyətdən sonra özünə gəlməyə çalışır”

“Şəki”yə məğlubiyyətdən sonra komanda özünə gəlməyə çalışır”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Rüstəm Əliyev deyib.

Komandasının kapitanı “Gəncə” ilə Azərbaycan kubokunun 1/8 final matçı öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, “Ordu” meydana qələbə üçün çıxacaq: “Bütün fikrimizi bu oyuna yönəltmişik. Zədələndikdən sonra iki oyunu buraxmışam. Sabahkı matçla bağlı məşqçiyə bildirdim ki, lazım gəlsə 10-12 dəqiqə meydanda ola bilərəm. Bazar günü “Gəncə” ilə Bakıda keçirəcəyimiz görüş öncəsi ciddi hazırlıq olacaq. Kubokda da yolumuza davam etmək istəyirik. İnanıram ki, hər iki oyunda istədiyimizə nail ola biləcəyik”.

Qeyd edək ki, “Ordu” – “Gəncə” matçı fevralın 2-də keçiriləcək.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr