AZ

“İran xalqı Netanyahuya heyrandır” - Tehran Universitetinin keçmiş professoru

“2023-cü ilin 7 oktyabrında HƏMAS yaraqlılarının İsrailə hücumundan sonra iranlıların Fələstin və İsrailə baxışları xeyli dəyişib”.

Missiya.Az “Azad İran” “Teleqram” kanalına istinadən xəbər verir ki, bunu Tehran Universitetinin keçmiş professoru Sadiq Zibakəlam Qətərdə çıxışı zamanı deyib.

“Fələstinlilərə nifrət edən iranlıların çoxluğu məni təəccübləndirir. Son 15 ayda mən İranın gənc nəslinin fələstinlilərə qarşı nifrətini gördüm. İran xalqı İsrailin Baş naziri Benyamin Netanyahuya bir qəhrəman kimi heyrandır”, - deyə vurğulayıb.

Zibakəlam bu yanaşma dəyişikliyinə səbəb kimi İran rəsmilərinin fələstinlilərə dəstəyini göstərib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr