“Azərbaycan sosial dövlətdir”. Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, cənab Prezident İlham Əliyev daim söyləyir ki, Azərbaycanın daxili siyasətində sosial müdafiə, əhalinin sosial rifahının gücləndirilməsi həmişə prioritet istiqamətdir: “Təsadüfi hal deyil ki, Azərbaycanın müstəqillik dövründə onun dövlət büdcəsinin 30 faizindən çoxu, son illərdə isə 40 faizindən çoxu sosial müdafiə xərclərinə yönəlib. Artıq Azərbaycanda dərin islahatlar uğurla davam edir. 4 islahatlar paketi bu günə kimi qəbul olunub. Bu il isə 5-ci sosial islahatlar zərfi icraya başlamışdır. Bunun ananosunu ötən ilin sonunda parlamanetin 7-ci çağırışında Cənab Prezident xalqımıza bəyan etmişdir ki, bununla bağlı tapşırıqlar verilib”.
M.Quliyevin sözlərinə görə, Prezidentin sərəncamı ilə ölkədə minimum əməkhaqqı 345-400-ə qalxıb, minimum pensiya isə 280 manatdan 320 manat qaldırılacaq: “Bununla bağlı qanun fevralın 1-də qüvvəyə minəcək. Həmin əməhaqqının artırılması ilə bağlı bir neçə sərəncamlar olunub. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatlarında çalışan bütün işçilərin əməkhaqqı artırılacaq. Mimum əməkhaqqı 700 min vətəndaşı əhatə edəcək. Əməkhaqqı, pensiya, təqaüd, müavinətlərin artırılması 3 milyondan çox insanı əhatə edəcək. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2025-ci ildə minimum əməkhaqqı 16 faiz, pensiyanın 14,3 faiz isə artırılmışdır. Təxminən ötən il 8 faiz artım olmuşdur. Bu il 5-ci dərin islahatılar dövrü olacaq”.
Banuçiçək Hüseynli