AZ

Gürcüstanda MSK sədri və komissiya üzvlərinə silah daşımağa icazə verilə bilər

Gürcüstan MSK-nın sədri və üzvlərinə xidməti silah daşımaq hüququ verilə bilər.

“Far.Az” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu qanunvericilik təşəbbüsü ilə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından bir qrup deputat çıxış edib.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları deputatlar Givi Mikanadze, Arçil Qorduladze, Aleksandre Tabatadze, Davit Matikaşvili, Rati İonatamişvili, Tornike Çeişvili, Aluda Quduşauri, Tenqiz Şarmanaşvili və Quram Maçaraşvilidir.

Seçilən
4
far.az

1Mənbələr