Türkiyənin “TRT World” telekanalının Zəngəzur dəhlizi ilə bağlı paylaşdığı xəritə və məqalə Ermənistanda narahatlıq yaradıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Təbriz Səsi” “Teleqram” kanalıməlumat yayıb.
Məqalədə yazılıb ki, İran Suriyadakı məğlubiyyətlərinə və Yaxın Şərqdəki proksi qüvvələrinə vurulan ağır zərbələrə görə indi çətin vəziyyətdədir.
“İranın ağır iqtisadi vəziyyəti nəzərə alınaraq, Tehranın Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çarəsi yoxdur. İran bir neçə regional layihəyə baxışını yenidən nəzərdən keçirə bilər”, - deyə vurğulanıb.
Dərc olunan xəritəyə əsasən, dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd kəndindən, son nöqtəsi isə Naxçıvanın Ordubad rayonudur.
Qeyd olunub ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, çünki bununla İran Türkiyəyə, oradan da Avropaya çıxış əldə edə biləcək.
Daşqın HəsənovMissiya.Az