AZ

Lənkəranda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb - FOTO

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Herbiand.az xəbər verir ki, sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb.

TƏBİB qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 



Seçilən
25
4
herbiand.az

5Mənbələr