AZ

Laçında Zabuxçay su anbarının tikintisini başa çatıb

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonunda Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə şirkətin layihə rəhbəri Əkrəm Tütüncu danışıb.

Onun sözlərinə görə, su anbarı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı sahələrini suvarma suyu ilə təmin etmək üçün nəzərdə tutulub.

Menecer qeyd edib ki, şirkət su anbarından əlavə Füzulidən Şuşaya (Qələbə yolu da daxil olmaqla) iki avtomobil yolunun tikintisini həyata keçirib, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 3 strateji layihəyə töhfə verib.

Xatırladaq ki, Zabuxçay su anbarında 27 milyon kubmetr su var. Su anbarından magistral suvarma kanalının ötürmə qabiliyyəti 6,2 m³/s təşkil edir. Su anbarı Qubadlı və Zəngilan rayonlarının 12,1 min hektar ərazisini suvarma suyu ilə təmin etmək gücündədir.

Seçilən
12
veteninfo.az

1Mənbələr