AZ

Bayden administrasiyası Putinə sui-qəsd hazırlayıb?

ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi barədə məlumat verən amerikalı jurnalist Taker Karlsonun ötürdüyü informasiyaların yoxlanması üçün cinayət işi açılmalıdır. Bunu Rusiya mediasına açıqlamasında Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

“Hesab edirəm ki, Rusiya prezidentinə sui-qəsdlə bağlı mümkün hazırlıqlar barədə məlumatı yoxlamaq və bunda iştirak edənlərin hamısını müəyyən etmək üçün cinayət işi başlamaq lazımdır”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, cinayətkarlar cəzalandırılmalıdır. Şeremet həmçinin ötən ilin yayında hazırkı dövlət başçısı Donald Trampa qarşı sui-qəsdin arxasında keçmiş ABŞ prezidentinin administrasiyasının ola biləcəyini də istisna etməyib.

Tural

Seçilən
22
23
news365.az

10Mənbələr