Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet “Rusiya prezidentinə qarşı sui-qəsd cəhdinin həyata keçiriləcəyi təqdirdə Vladimir Putinin əvəzinə Co Baydenin Rusiyanın başında kimi görmək istərdi” sualına cavab verib.
Publika.az xəbər verir ki, Şeremet bu barədə “News.ru”ya müsahibəsində danışıb.
“Bayden Rusiyada hakimiyyətə Qorbaçov və Zelenskiyə bənzər birini gətirmək istərdi. Amma, necə deyərlər, bu dəfə keçmədi”, - deputat bildirib.
O, həmçinin qeyd edib ki, Bayden “Rusiyanın üstünlüyünün onun lideri Vladimir Putində olduğunu” başa düşür.