AZ

Rusiya nümayəndə heyəti Suriyaya səfər edib - YENİLƏNİB

Rusiya nümayəndə heyəti Suriyaya səfər edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Qeyd edək ki, bu, Bəşər Əsədin dekabrda Suriya prezidenti postunu tərk edib ölkədən qaçmasından sonra ilk belə səfərdir.

15:35
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bu həftə Dəməşqə səfər edəcək.
APA xəbər verir ki, bu barədə iki suriyalı mənbə “Reuters“ə bildirib.
Məlumata görə, Rusiya rəsmisi Suriyanın yeni hakimiyyəti ilə görüşməyə hazırlaşır.
Mənbələr nazir müavinin görüşləri və səfərin nə qədər davam edəcəyi ilə bağlı əlavə məlumat verməyib.
Seçilən
24
sherg.az

1Mənbələr