AZ

Sərnişin avtobusu aşdı, 21 nəfər yaralandı

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Hadisə sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verib.

TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-i saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

©Qaynarinfo 

Seçilən
1
17
valyuta.az

10Mənbələr