AZ

"Qarabağ"ın "Olimpiakos"la oyunu onlara tapşırıldı

UEFA Avropa Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyununun təyinatları bəlli olub.

Publika.azxəbər verir ki, UEFA görüşü rumıniyalı hakimlər briqadasına həvalə edib. Baş hakim Radu Petresku olacaq.

Ona Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək.

VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku əyləşəcək.

Seçilən
9
publika.az

1Mənbələr